
Unibankın sərfəli əmanət-kredit kampaniyası davam edir
09/07/2020
Övladınızın gələcək təhsili üçün pul ayırmaq, yaxın gələcəkdə planlaşdırdığınızı bir işi görmək, pulunuzu etibarlı bir ünvanda dəyərini artıraraq saxlamaq istəyirsinizsə, “Unibank”ın 2 aylıq “+2%, -2%” kampaniyası əla fürsətdir. “Qafqazinfo” xəbər verir ki, pulunuzu həm +2%-lə banka əmanət edirsiniz, həm də qorunan əmanət olmaqla yüksək faizlə əmanət hesabı açmaq imkanı qazanırsınız. Planlarınızı həyata keçirmək üçün pul lazımdırsa da, “Unibank”ın “+2%, -2%” kampaniyası çərçivəsində sərfəli şərtlərlə kredit götürə bilərsiniz. Kampaniya dövründə “Unibank”dan onlayn kredit sifariş edərək, krediti 2% daha aşağı faizlə rəsmiləşdirin.
Kampaniya dövründə “Unibank”da əmanət hesabı açmaqla, bu üstünlükləri əldə edirsiniz:
- “Müddətli” manat əmanətində 2% daha yüksək faiz qazanırsınız;
-Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;
- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;
- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 12% təşkil edir.
Krediti banka gəlmədən:
- 050 778 8117 whatsapp nömrəsinə yazaraq;
- “Kredit” sözünü sms ilə 8117-yə göndərməklə;
- “Unibank”ın yenilənmiş mobil tətbiqi olan uBank vasitəsi ilə;
- www.unibank.az saytından (https://unbk.az/2PgNi30) onlayn sifariş etməklə əldə edə bilərsiniz.
Related Articles







Rusiyanın sanksiyaların hədəfinə çevrilməsi Azərbaycana nə vəd edir?




“Xankəndidə yaşayan erməniləri kommunal xidmətlərlə təmin etməliyik”







Minlərlə ton Rusiya məhsulunun Azərbaycana idxalına məhdudiyyət qoyuldu





