“Ulu Öndər və Gəncliyimiz”

Esed Abasli 13/12/2022

Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlət gənclər siyasətinin əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il ötür.

"XəbərBüro" xəbər verir ki, Anım günü ilə əlaqədar olaraq, Naftalan gəncləri üçün Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyi, Naftalan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ulu Öndər və Gəncliyimiz” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib. 

Tədbirlər ilk öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva, mərkəzin elmi işçisi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev gənclərə Heydər Əliyevin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərdən söz açıb.

Sonda Heydər Əliyev haqqında “Xalqın adamı” sənədli filmi izlənilib, həmçinin Heydər Əliyev muzeyinə ekskursiya təşkil edilib.

“Ulu Öndər və Gəncliyimiz” “Ulu Öndər və Gəncliyimiz” “Ulu Öndər və Gəncliyimiz” “Ulu Öndər və Gəncliyimiz”