Ukraynaya hücum bir neçə istiqamətdən olub

Mükafat İsazadə 24/02/2022

Ukraynaya hücum bir neçə istiqamətdən eyni vaxtda başladılıb.

"XəbərBüro" un  məlumatına görə  bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib. 

Qeyd olunub ki, səhər saat 5 radələrində Rusiya qoşunları Rusiya və Belarus sərhədindən, eləcə də Krım Muxtar Respublikası istiqamətindən hücuma keçib.

Hücumların Ukraynanın şimal və şərq sərhədinə yaxın ərazilər olan Luqansk, Sumı, Xarkov, Çerniqov, Jitomir şəhərlərində həyata keçirildiyi bildirilib. Məlumata görə, Ukraynanın sərhəd bölmələri, sərhəd patrulları və gömrük-buraxılış məntəqələri top atəşinə tutulurlar. Məlumatda qeyd olunub ki, vəziyyətdən asılı olaraq Ukraynanın Silahlı Qüvvələri və Milli Qvardiyası cavab atəşi açır.