Ukraynanın beş şəhərində humanitar dəhliz açıldı
Esed Abasli 08/03/2022

Rusiya hərbçiləri Ukraynanın bəzi şəhərlərindən dinc əhalinin çıxması üçün sükut rejimi elan ediblər.
Məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov yayıb.
Belə ki, Rusiya tərəfi Moskva vaxtı ilə saat 10:00-dan (Bakı vaxtı ilə saat 11:00-dan) etibarən sükut rejimi tətbiq etdiyini, Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlərin açıldığını bəyan edib.
Mənbə: RİA Novosti