Ukraynadan Mariupolda xüsusi əməliyyat

Esed Abasli 13/04/2022

Rusiya ordusu tərəfindən mühasirəyə alınmış Mariupol şəhərində Ukrayna dəniz piyadaları 36-cı briqadasının döyüşçüləri çətin əməliyyat nəticəsində “Azov” alayı ilə birləşib.

"XəbərBüro" bildirir ki,bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç feysbuk səhifəsində yazıb.


"Bu əməliyyat nəticəsində həm “Azov” alayı ciddi dəstək əldə edib, həm də 36-cı briqada hissə-hissə məhv edilməkdən qurtulub. Biz də başımızı itirməyək. Ordumuz nə edəcəyini bilir”, - o vurğulayıb.