Ukraynada 9 mərtəbəli binada partlayışda 3 nəfər öldü

Röya Vahabova 22/06/2020

Kiyevdə 9 mərtəbəli binada baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib.

"Xəbərburo" bildirir ki, “Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir.İlkin məlumata görə, binanın 4 və 7-ci mərtəbələri arasında baş verən partlayışa qaz sızması səbəb olub.

Hadisə yerinə gələn Kiyev şəhərinin meri Vitali Kliçko daha 3 nəfərin dağıntılar altında qaldığını, xilasetmə işlərinin davam etdiyini bildirib. O qeyd edib ki, bina sakinləri müvəqqəti olaraq məktəb yataqxanasına yerləşdiriləcək.