Ukrayna XİN-dən müharibə açıqlaması

Mükafat İsazadə 24/02/2022

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını elan etdi. Hərbi hücum əməliyyatının məqsədi Ukrayna dövlətinin məhv edilməsi, Ukrayna ərazisinin güc yolu ilə tutulması və işğal yolu ilə nəzarətin təmin olunmasıdır”.x

"XeberBuro" xəbər verir ki, bu barədə məlumatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya qoşunları müxtəlif istiqamətlərdən dinc Ukrayna şəhərlərinə hücum edir:

“Bu, müharibə aktıdır, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququnu aktivləşdirib.

Ukrayna hərbçilərinin döyüş ruhu yüksəkdir, qoşunlarımız işğalçı dövlətin hücumunu dəf etməyə hazırdırlar və Ukrayna torpağını bütün gücləri ilə müdafiə edəcəklər”.