Ukrayna Türkiyəni öz dəstəyini göstərməyə çağırdı

Mükafat İsazadə 24/02/2022

Ukrayna Türkiyəni ölkəyə öz dəstəyini göstərməyə çağırıb.

"XəbərBüro" xəbər verir ki,  bu  barədə məlumatı Ukraynanın Türkiyədəki səfirliyi öz rəsmi tviter hesabında paylaşıb.

“Rusiya Federasiyası Ukraynaya qarşı müharibə başladıb. Ukraynanın dinc şəhərləri bombalanır. Strateji tərəfdaşımız Türkiyəni və dost türk xalqını bu çətin vaxtda bizi dəstəkləməyə çağırırıq”, - deyə səfirlik qeyd edib.