Ukrayna səfiri Türkiyəyə çağırış edib: “Çanaqqala boğazını bağlayın”

Mükafat İsazadə 24/02/2022

“Türkiyə rəhbərliyinə səslənirəm. Çanaqqala boğazının bağlanmasını tələb edirik”.

“XəbərBüro ” xəbər verir ki, bu fikirləri Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar söyləyib.

“Rusiyaya sanksiya tətbiq olunmasını istəyirik. Buradakı Rusiya səhmlərinin müsadirəsini tələb edirik”, - diplomat bildirib.