Ukrayna səfiri Ermənistan XİN-ə çağırılıb

Məmmədzadə Zərintac 14/07/2020

Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.  Səbəb Ukrayna Xairici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətinə dair bəyanatı olub.

"Xəbərburo" xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı dərin narahatlığını ifadə edib. Bəyanatda qeyd olunub ki, Ukrayna tərəfi "Vəziyyətin Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında ərazi bütövlüyünə hörmət edilməklə siyasi yolla həll olunmasının tərəfdarıdır".

Bildirilib ki, Ukraynanın Ermənistandakı səfiri İvan Kulebanı Ermənistan Xarici İşlər nazirinin müavini qəbul edib.