Ukrayna ordusu: “12 min Rusiya hərbçisi öldürülüb”

Esed Abasli 08/03/2022

Ukrayna ordusu müharibənin 12 günündə 12 mindən çox Rusiya hərbçisinin öldürüldüyünü açıqlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Qeyd olunub ki, döyüşlər zamanı Rusiya ordusunun 48 döyüş təyyarəsi, 80 helikopteri, 303 tankı, 1036 zirehli döyüş maşını, 120 artilleriya sistemi, 27 HHM sistemi, 56 reaktiv yaylım atəşi sistemi, 60 sistern, 7 kəşfiyyat PUA-sı, 3 kateri, 474 avtomobil texnikası məhv edilib.

Mənbə: Unian.net