Ukrayna Nikolayev aeroportunu geri qaytardı

Esed Abasli 07/03/2022

Ukrayna hərbçiləri Nikolayev vilayətinin hava limanını geri qaytarıb.

Bu barədə vilayət dövlət administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.

"Beynəlxalq hava limanı bizdədir", - Kim yazıb.

Qeyd edək ki, rus hərbçiləri bu gün səhər saatlarında “SMERÇ” reaktiv yaylım atəşi sistemlərindən Nikolayevi atəşə tutublar. Nəticədə yaşayış sektorunda və sənaye obyektlərində 5 yanğın hadisəsi baş verib.