Ukrayna MN Rusiyanın itkilərini açıqladı

Esed Abasli 07/03/2022

Ukrayna Müdafiə Nazirliyi müharibədə Rusiya tərəfinin 11 gün ərzindəki itkilərini açıqlayıb.

Bu barədə Ukrayna Müdafiə Nazirinin müavini Anna Malyar özünün “Facebook” hesabında yazıb.

Bildirib ki, hərbi əməliyyatlar nəticəsində bu günədək Rusiya Silahlı qüvvələrinin 11 mindən çox hərbçisi ölüb.

Bundan əlavə Rusiya ordusunun 290 tank, 999 zirehli döyüş maşını, 117 artilleriya sistemi, 50 reaktiv yaylım atəş sistemi, 23 HHM sistemi, 46 hərbi təyyarə, 68 hərbi helikopter, 454 avtomobil texnikası, 3 sürət kateri, 60 sistern, 7 kəşfiyyat PUA-sı məhv edilib.

Mənbə: Unian.net