Ukrayna MN: “Rusiyanın 5 təyyarəsi və 1 helikopteri məhv edilib”
24/02/2022

Ukrayna Silahlı Qüvvələri Donbasda Rusiyanın 5 təyyarəsi və 1 helikopterini məhv edib.
“XəbərBüro” xəbər veir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Vəziyyət nəzarətimiz altındadır”, - Baş Qərargahdan vurğulanıb.
Daha öncə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın "Su-24" bombardmançı təyyarəsini vurduğunu bildirib.