Ukrayna HHQ: “Rusiyanın 52 döyüş təyyarəsi, 69 helikopteri məhv edilib”

Esed Abasli 08/03/2022

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri müharibənin 12 günü ərzində Rusiya tərəfinin 52 döyüş təyyarəsini və 69 helikopterini məhv ediblər.

Bu barədə Ukrayna Hava Qüvvələrinin (HHQ) komandanlığının “Facebook” hesabında yazılıb.

“Müharibənin 12 günü ərzində Ukraynanın hava hücumundan müdafiəsi hələ də Rusiya işğalçılarını havada effektiv şəkildə məhv edir. Rusiyalıların buraxdığı bir çox qanadlı raketlər məhz dövlətin HHM sistemi sayəsində hədəfə çatmır”, - deyə qurumdan bildirilib.

Mənbə: ukrinform.ua