UEFA-dan AFFA-ya 4,3 milyonluq yardım
27/04/2020

UEFA quruma üzv olan 55 milli assosiasiyaya koronavirusla mübarizə çərçivəsində maliyyə yardımı ayırıb.
"XƏBƏRBURO" qurumun rəsmi saytına istinadən xəbər verir ki, yardımın ümumi məbləği 236,5 milyon avro təşkil edir.
Hər federasiyanın hesabına isə 4,3 milyon avro məbləğində vəsait köçürüləcək. Bu vəsait mövcud xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə ayrılıb.