Ucarda piyadanı maşın vurdu
25/07/2020

"Xəbərburo" xəbər verir ki, Ucarda baş verən yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.
Əldə olunan məlumata görə, şəhər sakini Xəlilov Yaşar Əşrəf oğlu yolu keçmək istəyən zaman İsmayılov Şamxal Tahir oğlu idarə etdiyi "Vaz-2107" markalı minik avtomobili ilə onu vurub.
Yaralı dərhal Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.