Üç yaşayış massivində qazlaşdırma başa çatdı.

Aynur 14/09/2021

“Azəriqaz” 3 yaşayış massivinin qazlaşdırılmasını başa çatdırıb. 

“XəbərBüro” xəbər verir ki, Abşeron rayonunun Sevil massivi, Novxanı kəndi və Hövsan qəsəbəsi Bağlar massivi qazlaşdırılıb. 

Bu ərazilərdəki problemlərin aradan qaldırılması “Açıq mikrofon” aksiyası nəticəsində həyata keçirilib. 

Qeyd edək ki, “Açıq mikrofon” aksiyası Bakı və Abşeron yarımadası da daxil olmaqla ümumilikdə bütün regionları əhatə edir. Əsas məqsəd vətəndaşların problem və təkliflərinin yerindəcə dinlənilməsi, onları maraqlandıran sualların cavablandırılmasıdır.