Türkiyənin MM naziri Azərbaycana səfər edib

Məmmədzadə Zərintac 12/08/2020

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib.

"XəbərBuro" xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi heyəti  H.Akarı müşayiət edir.

Nazir Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birlikdə təlimini izləyəcək.