Türkiyənin 14 əyalətində toy mərasimləri 1 saatdan artıq keçirilməyəcək

Məmmədzadə Zərintac 25/08/2020

Türkiyənin 14 əyalətində COVİD-19-a yoluxma sayında artım müşahidə olunduğuna görə sabahdan yenidən məhdudiyyətlər tətbiq ediləcək.

“XəbərBuro" xəbər verir ki, Daxili İşlər nazirliyinin təzə qərarına əsasən Adana, Ankara, Ağrı, Bursa, Çorum, Diyarbakır, Erzurum, Gaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van və Yozqatda toy, xına, nişan mərasimləri 1 saatdan artıq baş tutmayacaq.

Toy və nikah vaxtı yemək verilməyəcək, rəqslər qadağan ediləcək.

Bəylə gəlinin birinci dərəcəli qohumları istisna olmaqla 65 yaş və ondan yuxarı, həmçinin,  15 yaşdan aşağı şəxslər toylarda iştirak edə bilməzlər.

Məclislərdə maska və sosial məsafə qaydalarına riayət etmək vacibdir.