"Türkiyəli müğənni ata olacağına görə evlənməyə qərar verdi"

Leyla Aliyeva 30/06/2020

Türkiyənin sevilən bəstəkar-müğənnisi Soner Sarıkabadayı ata olacaq. “Xəbərburo” xəbər verir ki, onun kolumbiyalı sevgilisi Madelein Camelo Lopez beş aylıq hamilədir.

Müğənni bu səbəbdən 15 gün ərzində evlənmək niyyətindədir. Qeyd edək ki, cütlük artıq iki ildir sevgilidir.

Soner ata olacağı barədə xəbəri eşidən kimi evini də dəyişdirib. O, təbiəti ilə seçilən İstanbulun Zekeriyaköy ərazisində villa kirayələyib.

Sarıkabadayı, eyni zamanda sevgilisinin ailəsini də Türkiyəyə gətirəcək.