Türkiyəli məşhur aparıcı intihara cəhd edən şəxsi ölümdən qurtarıb

Röya Vahabova 18/06/2020

Türkiyəli məşhur teleaparıcı Esra Erol İstanbulda intihara cəhd edən şəxsi ölümdən qurtarıb.

"Xəbərburo" "oxu.az"-a istinadən bildirir.Sondakika.com məlumat verir ki, Bahçelievler rayonunda elektrik dirəyinə çıxan Ömər K. özünə qəsd etmək istəyib. O, “Facebook” hesabından canlı yayım açaraq, uşağının zorla əlindən alındığını bildirib.

Ətrafda olan vətəndaşlar bunu polisə və tibb işçilərinə xəbər veriblər.

Əraziyə xilasedicilər cəlb edilib. Bunların bir faydası olmadığı zaman hadisə yerinə Esra Erol gəlib. O, həmin şəxsi intihar etməkdən çəkindirə bilib. Elektrik dirəyindən endirilən kişi ifadəsinin alınması məqsədilə polis idarəsinə aparılıb.