
Türkiyədən Qarabağdakı Ortaq Mərkəzin fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
13/12/2020

Türkiyə Milli Müdafiə Nazirliyi Qarabağdakı Ortaq Mərkəzin fəaliyyəti ilə bağlı açıqlama verib.
Nazirliyin saytında yayılan məlumatda bildirilir ki, Türkiyə və Rusiya Federasiyası arasında imzalanan sənədə əsasən atəşkəsi qorumaq və izləmək məqsədi ilə təsis ediləcək Ortaq Mərkəzin ən qıza müddətdə fəaliyyətə başlaması üçün lazımkı işlər Azərbaycan və Rusiya ilə koordinasiyalı şəkildə irəli sürülür. Məlumatda qeyd olunur ki, həmçinin Ermənistan işğalından azad edilən ərazilərdə qardaş Azərbaycan Ordusuna dəstək məqsədi ilə minalardan təmizləmə birliyi tərəfindən təlimlər keçirilir.
“Azərbaycanı 44 gün davam edən Bir Vətən Hərəkatı ilə öz torpaqlarını Ermənistan işğalından azad etməsi münasibətilə bir daha təbrik edirik. Türkiyə olaraq, “iki dövlət, bir millət” anlayışı ilə bu günə qədər kədərdə və qürurda yanında olduğumuz can qardaşlarımızın bundan sonra da yanlarında olmağa davam edəcəyik”, - deyə, məlumatda qeyd olunub.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
