Türkiyədə zəlzələ oldu

Agamaliyeva Zuleyxa 25/07/2020

Türkiyənin Çanaqqala şəhərinin Gökçeada rayonunda 4,2 bal gücündə zəlzələ olub.

"XəbərBuro" məlumat verir ki, bu barədə məlumatı Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) yayıb. Bildirilir ki, zəlzələ yerin 43 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat barədə çağırış daxil olmayıb.

 
Qeyd edək ki, Kandilli rəsədxanası zəlzələnin gücünü 4,3 bal qeydə alıb.