Türkiyədə toylar müəyyən şərtlərlə baş tutacaq!

Məmmədzadə Zərintac 13/06/2020

Türkiyədə iyunun 15-dən etibarən nigah, iyulun 1-dən isə toyların keçirilməsinə icazə olacaq.

Bu mərasimlər xüsusi qaydalar çərçivəsində keçiriləcək.

Bu barədə ölkəninin Daxili İşlər Nazirliyi tərəfindən bir sıra qərarlar qəbul edilib.

Belə ki, mərasim zamanı bir neçə nəfərin toplanaraq ailə fotosu çəkdirməsinə icazə olmayacaq. Cütlüklər  daxil hər kəs maska taxacaq. 

Bundan başqa, mərasim zamanı masalar arasında 1,5 metrlik ara məsafəsi tətbiq olunacaq. Şənliklərdə iştirakçıların sayı isə ərazinin kvadratmetrinə görə hesablanacaq, qonaqların hərarəti ölçüləcək.