Türkiyədə son sutkada yeni növ koronavirusdan 22 nəfər ölüb

Məmmədzadə Zərintac 21/08/2020

Türkiyədə son sutkada daha 22 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb. Ölkədə pandemiyadan ölənlərin ümumi sayı 6 080 nəfərə çatıb.

"XəbərBuro" xəbər verir ki, bu haqda ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında paylaşıb.

Ölkədə 1 203 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 255 723 nəfərə çatıb. Daha 772 nəfər sağalıb. Sağalanların ümumi sayı 235 569 nəfər təşkil edir.

Nazir vurğulayıb ki, ağır koronaviruslu xəstələrin sayının artması davam edir (hazırda bu rəqəm 749-dur).