Türkiyədə son sutka ərzində daha 1 243 nəfərdə koronavirus aşkarlandı

Röya Vahabova 13/08/2020

Türkiyədə son sutka ərzində daha 1 243 nəfərdə koronavirus aşkarlanıb, 21 nəfər isə dünyasını dəyişib.

“Xəbərburo” bildirir ki, bununla da ölkədə virusa yoluxanların sayı 245 635-ə, ölənlərin sayı isə 5 912-yə yüksəlib.

Son sutka ərzində 968 xəstə sağalıb. İndiyədək sağalanların sayı 228 057 nəfərdir.