Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Fəxriyyə Qüdrətli 17/06/2020

Türkiyədə son sutka ərzində koronavirusdan 19 nəfər dünyasını dəyişib, 1 429 nəfərdə virus aşkarlanıb. “XəbərBuro” bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 861, yoluxma faktı 182 min 727 nəfər olub. Gün ərzində 1 261 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 154 min 640-a çatıb.

Son 24 saatda 52 min 901 test edilib.