Türkiyədə koronavirusla bağlı son vəziyyət

Leyla Aliyeva 20/08/2020

Türkiyədə son sutka ərzində daha 1 412 nəfərdə koronavirus aşkarlanıb, 19 nəfər isə vəfat edib.

“XəbərBuro” xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 254 520-yə, ölənlərin sayı isə 6 058-ə yüksəlib.

Son sutka ərzində 882 xəstə sağalıb. İndiyədək sağalanların sayı 234 797 nəfərdir.