Türkiyədə koronavirusla bağlı son vəziyyət

Leyla Aliyeva 19/08/2020

Türkiyədə son sutka ərzində daha 1 303 nəfərdə koronavirus aşkarlanıb, 23 nəfər isə vəfat edib.

“XəbərBuro” xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 253 108-ə, ölənlərin sayı isə 6 039-a yüksəlib.

Son sutka ərzində 1 002 xəstə sağalıb. İndiyədək sağalanların sayı 233 915 nəfərdir.