Türkiyədə koronavirusla bağlı son vəziyyət

Leyla Aliyeva 29/07/2020

"Xəbərburo" xəbər verir ki, Türkiyədə son sutka ərzində koronavirusdan 14 nəfər ölüb, 942 yeni yoluxma faktı qeydə alınıb.

996 xəstə sağalıb. Ümumi sağalanların sayı 212 557 nəfərdir.
Ölkədə COVID-19 qurbanlarının sayı 5 659-a, yoluxanların sayı isə 228 924-ə yüksəlib.