Türkiyədə koronavirusdan 65 nəfər ölüb

Məmmədzadə Zərintac 22/09/2020

Türkiyədə son sutkada koronavirusdan 65 nəfər ölüb və 1 692 nəfər isə virusa yoluxub.

“XəbərBuro” xəbər verir ki,  ölkədə COVID-19-dan ölənlərin sayı 7 639-a, yoluxanların sayı isə 306 302-yə yüksəlib.

Son 24 saat ərzində 1261 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 269 696-ya çatıb.