Türkiyədə gənc qız sevgilisi tərəfindən öldürüldü

Leyla Aliyeva 21/07/2020

Türkiyənin Muğla vilayətinin Ula rayonunda 5 gündür itkin düşən Pınar Gültəkinin keçmiş sevgilisi tərəfindən qətlə yetirildiyi ortaya çıxıb.

"Xəbərburo" "Hürriyet"ə istinadən xəbər verir ki, qətldə şübhəli bilinən şəxs öz cinayətini etiraf edib. Qatilin sözlərinə görə, qısqanclıq zəmnində yaranan münaqişə nəticəsində o, gənc qızı ilk öncə əlləri ilə boğaraq öldürüb, daha sonra cəsədini zibil qutusunda yandıraraq üzərinə beton töküb. 

Bölgədə edilən axtarış nəticəsində, Pınar Gültəkinin meyiti zibil qutusunda tapılıb. Prokuror və hadisə yerindəki təhlükəsizlik orqanları tərəfindən edilən araşdırmalardan sonra Gültəkinin cansız bədəni yarılma üçün Muğla Ədli Tibb İnstitutunun morquna aparılıb.

Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüt Səlçuk universitet tələbəsinin öldürülməsi ilə bağlı məhkəmə prosesində iştirak edəcəklərini bildirib. Bu barədə Tvitterdə açıqlama verən Səlçuk "Bir canımıza daha qıydılar. Qatilin ən ağır cəzanı alması üçün məhkəmə prosesini yaxındam izləyəcəyik",- deyə bildirib.