Türkiyədə fişəng istehsal edən fabrikdə partlayış olub
03/07/2020

Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib.
XəbərBuro Ordu.az-a istinadən xəbər verir ki , yerli vaxtla saat 11:15-də Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə şiddətli partlayış olub.
Ölən və yaralananlar haqda hələlik məlumat yoxdur.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.