Türkiyədə Ərdoğana qarşı təhqirlərə görə istintaq başladıldı

Esed Abasli 06/02/2022


İstanbul prokurorluğu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təhqir edilməsi ilə bağlı müvafiq maddə üzrə cinayət işi açıb.

Artıq Ankarada azı bir şübhəlinin saxlanıldığı məlumdur.

Qeyd edək ki, Türkiyə qanunvericiliyənə görə, dövlət başçısını təhqir edən şəxslər üç ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, bəzi şəxslər sosial şəbəkədə Ərdoğanın “omikron”a yoluxduğunu bildirdiyi paylaşımının altında təhqiramiz şərhlər yazıblar.

Mənbə: kp.ru