Türkiyədə daşqın qurbanlarının sayı artdı.

Aynur 02/09/2021

Türkiyənin şimalında baş vermiş daşqınlar nəticəsində həlak olanların sayı artıb.


“XəbərBüro” xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar üzrə Dövlət İdarəsi yayıb. Bildirilir ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 82-yə çatıb.


“Daşqınlar nəticəsində 82 vətəndaşımız (Kastamonuda 71, Sinopda 10, Bartında 1) həlak olub”, - deyə idarənin məlumatında qeyd olunub.


Qeyd edək ki, avqustun 11-i Türkiyədə yağan leysan yağışları bir sıra əyalətlərdə daşqınlara və torpaq sürüşməsinə səbəb olub. Fəlakət nəticəsində bina, maşın və infrastruktura ziyan dəyib.