Türkiyədə COVİD-19-a dair son vəziyyət açıqlanıb

Məmmədzadə Zərintac 17/09/2020

Türkiyədə son sutkada pandemiyadan 66 nəfər ölüb və 1648 nəfərdə yoluxma müşahidə olunub.

“XəbərBuro” xəbər verir ki,  ölkədə virusdan ölənlərin sayı 7 315-ə, yoluxanların sayı isə 298 039-a yüksəlib. Son 24 saat ərzində 1143 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. 

Ümumilikdə sağalan xəstə sayı 263 745-yə çatıb.