
Türkiyə XİN: Bölgədə atdığımız bütün addımlarda Azərbaycanla birgə qərarlar veririk
19/12/2021

“Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin təyinatı məsələsi artıq icra olunub. Bu məsələ ilk əvvəl Türkiyə Böyük Millət Məclisində qaldırılmışdı. Bu gün azərbaycanlı həmkarım Ceyhun Bayramovla da bunu müzakirə etdik".
"XəbərBüro" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.
Nazir bildirib ki, Türkiyənin bölgədə atdığı bütün addımlarda Azərbaycanla birgə məsləhətləşmələr aparılır və birgə qərarlar verir.
"Hazırda Türkiyə ilə Ermənistan arasında hava əlaqəsinin açılması ilə bağlı qarşı tərəfin tələblərinə baxılır".
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
