Türkiyə Xarici İşlər Nazirliyi: "Azərbaycanın yanındayıq"

Məmmədzadə Zərintac 12/07/2020

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasına dair bəyanat yayıb.

"Xəbərburo" xəbər verir ki, bu bəyanatda qeyd olunur:

"Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik. Dost və qardaş Azərbaycan xalqına və hökumətinə həyatını itirən Azərbaycan şəhidləri ilə bağlı başsağlığı, yaralılara isə təcili şəfa diləyirik.

Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək”.