Türkiyə və İran arasında uçuşlar bərpa edilir

Leyla Aliyeva 18/08/2020

Sentyabrın 1-dən etibarən Türkiyə və İran arasında aviareyslər bərpa ediləcək.

“XəbərBuro” xəbər verir ki, Türk Hava Yolları sentyabr ayı üçün uçuş təqvimini yayımlayıb. 11 iyundan etibarən mərhələli şəkildə aviareyslərin bərpasına başlayan THY sentybarın 1-dən İranla uçuşların bərpa ediləcəyini açıqlayıb. Belə ki, həmin tarixdən İranın Tehran, Təbriz, Şiraz və Məşəd şəhərlərinə mütəmadi uçuşlar başlayacaq.

Qeyd edək ki, Türkiyə və İran arasında aviareyslər sonuncu dəfə iyulun 19-da dayandırılmışdı.