Türkiyə üç şəhid verdi

Mükafat İsazadə 11/02/2021

Türkiyənin İraqın şimalında başlatdığı “Pençe Kartal-2 Hərakatı”nda üç Türkiyə hərbçisi şəhid olub, üçü yaralanıb.

"XəbərBüro" məlumat verir ki, bu barədə Türkiyə Milli Müdafiə nazirli məlumat yayıb.

“Bizi dərin kədər və üzüntü ilə boğan bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvətlərinə və millətimizə başsağlığı, səbir, yaralılara şəfalar diləyirik”, - deyə nazirliyin açıqlamasında qeyd olunur.