Türkiyə şirkəti “Kargu” PUA-larının kütləvi istehsalına başlayacaq

Togrul Quliyev 30/06/2020

Türkiyə Prezident Adminstrasiyasının Müdafiə Sənayesi İdarəsi ilə Türkiyə Aviakosmik Sənayesi şirkəti arasında “Kargu” adlı PUA-nın tədrükünə dair müqavilə imzalanıb.

XəbərBuro Ordu.az-a xəbər verir ki, bu barədə Müdafiə Sənayesi İdarəsnin rəhbəri İsmail Demir məlumat verib.

O bildirib ki, şaquli qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malik PUA-ların 2021-ci ildən seriyalı istehsalına başlanılması planlaşdırılıb.

Qeyd olunur ki, Türkiyə ordusunun əməliyyat zamanı logistika ehtiyaclarının qarşılanmasında istifadə olunacaq PUA-lar 1 saat havada qalma imkanına sahib olacaq. Birinci mərhələdə 50 kiloqram yük daşıma gücünə sahib olacaq “Kargu” PUA-ları silah, döyüş sursatı, tibbi avadanlıq kimi ehtiyacları çox qısa müddətdə təhlükəsizlik qüvvələrinə çatdıra biləcək.