Türkiyə ordusu şəhid verib
28/06/2020
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe-Kaplan” antiterror əməliyyatı keçirən birlikləri ilə terrorçular arasında atışma olub.
"Xəbərburo" xəbər verir ki, atışma nəticədə Türkiyə Ordusu şəhid verib.
Milli Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, hərbçi Rəcəb Yüksəl terrorçularla atışmada həlak olub.