Türkiyə ordusu 10 PKK terrorçusunu məhv etdi

Aynur 19/09/2021

Suriyanın şimalında “Barış Pınarı” bölgəsinə hücuma cəhd edən 10 PKK/YPG terrorçusu zərəsizləşdirilib.

“XəbərBüro” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəhrəman Mehmetçik “Barış Pınarı”na hücuma cəhd edən terrorçulara misli ilə qarşılıq verərək onları yararsız hala gətirib”, - deyə məlumatda bildirilir.