Türkiyə Koronavirusla bağlı son vəziyyəti açıqladı

Röya Vahabova 16/06/2020

Türkiyədə son sutka ərzində koronavirusdan 17 nəfər dünyasını dəyişib, 1 467 nəfərdə virus aşkarlanıb. "Xəbərburo" “Qafqazinfo” ya istinadən  bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 842, yoluxma faktı 181 min 298 nəfər olub. Gün ərzində 1 015 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 153 min 379-a çatıb.

Son 24 saatda 46 min 800 test edilib.