Türkiyə klubunun 9 futbolçusu koronavirusa yoluxdu

Leyla Aliyeva 14/08/2020

Türkiyənin “Menemenspor” klubunda 10 nəfərdə koronavirus aşkarlanıb.

"XəbərBuro" bildirir ki, bu barədə TFF 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Testi müsbət çıxanlardan doqquzu akademiyanın futbolçusu, biri isə klubun işçisidir. Yoluxan şəxslər öz evlərində karantinə alınıblar.

Qeyd edək ki, Türkiyənin “Fənərbaxça”, “Qalatasatay”, “Trabzonspor” və “Ankaragücü” klublarında da koronavirusa yoluxma qeydə alınıb.