Türkiyə klubu baş məşqçini etdiyi açıqlamaya görə qovub

Məmmədzadə Zərintac 23/06/2020

Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" komandası baş məşqçisi Mustafa Reşit Akçayla yollarını ayırıb. 

"Xəbərburo" xəbər verir ki, bu haqda əyalət təmsilçisinin prezidenti Fatih Mert bildirib.

Funksioner baş məşqçinin müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv olunduğunu deyib. Klub prezidenti Akçayın etdiyi açıqlamaya görə göndərildiyini söyləyib.

Qeyd edək ki, Mustafa Reşit Akçay öncə sabiq komandası "Trabzonspor"un çempion olmasını istədiyi bildirib. "Ankaragücü" növbəti həftə Türkiyə Super Liqasında səfərdə "Trabzonspor"un qonağı olacaq.