Türkiyə İraqın şimalında 3 şəhid verdi

Esed Abasli 09/12/2021

İraqın şimalında “Pençe-Yıldırım” əməliyyat bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi şəhid olub.

“XəbərBüro" Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, türk hərbçilər terrorçuların həyata keçirdiyi hücum nəticəsində həlak olublar.

Bölgədə təyin edilən hədəflər hava əməliyyatları ilə vurulub və ilkin məlumata görə, 6 terrorçu zərərsizləşdirilib.

Hazırda bölgədə əməliyyat davam edir.