Türkiyə Hərbi Hava Qüvvələri Gəncəyə gəlib
30/07/2020

“TurAz Qartalı-2020” birlikdə taktiki-uçuş təlimlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncəyə gəlib.
"Qafqazinfo"ya əsasən "XəbərBuro" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə hazırlıq üçün heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərə dair müvafiq tədbirlər icra edilir.