Türk Şurasına üzv dövlətlərin jurnalistləri Ağdama getdi.

Aynur 02/09/2021

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media nümayəndələri üçün Azərbaycana media tur təşkil edilib. 


“XəbərBüro”nun məlumatına görə, media tur çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan mətbuat üzvlərinin Ağdama səfərinə start verilib.


Səfərdə onların Ağdam Cümə Məscidində, Pənahəli xanın İmarət Kompleksi, Qiyaslı məscidində olacaqları gözlənilir.